“Vergi endirimlərini həyata keçirsək, mükəmməl nəticələr əldə edəcəyik".
ABŞ prezidenti Donald Trump son 30 ildir heç bir dəyişiklik edilməyən Amerikanın vergi sisteminin yenidən təşkil edilməsini nəzərdə tutan vergi islahatını dəstəkləyib.
Metbuat.az-ın məlumatına görə, Tramp, şəxsi Tvitter səhifəsində ölkə iqtisadiyyatının və birjalarının yaxşı vəziyyətdə olduğuna işarə edib:
“Səhmlər və iqtisadiyyata istiqamətli rəqəmlər əladır. Əgər vergi endirimlərini və islahatını həyata keçirsək, həqiqətən mükəmməl nəticələr əldə edəcəyik”.
Tramp vergi islahatına qarşı çıxan Demokratlarla bağlı yazısında isə qeyd edib:
“Demokratlar bu qədər maneə törətməsələr və aşağı vergilərin gücünü anlasalar, onların bir çox fikrini qanuna sala bilərik”.
Qeyd edək ki, Demokratlar ABŞ Nümayəndə Məclisində ötən gün keçirilən seçkilərdə Respublikaçıların “Vergi Azaldılması və İşəgötürmə Qanunu”nun daha çox varlılara və iri şirkətlərə fayda verəcəyini bildirərək, buna qarşı çıxıblar.
Vergi faizinin 35%-dən 20%-ə qədər azaldılmasını nəzərdə tutan qanun layihəsi bir çox müxaliflərin qarşı çıxmasına baxmayaraq, 227 səslə qəbul edilib. Qanun layihəsinə qarşı çıxanların səsləri isə 205 olub.



Günay Elşadqızı / METBUAT.AZ