Bakı. Cavid Zeynallı - APA. Yanvarın 10-da Dövlət Rus Dram Teatrında F.M.Dostoyevskinin “Karamazov qardaşları” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşanın nümayişi olacaq.
Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir.
Əsas rollarda Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, Zinaida Sidiyeva, aktyorlar İlqar Həsənov, Oleq Əmirbəyov, Teymur Rəhimov və başqaları çıxış edəcək.
Səhnə əsərinin baletmeysteri əməkdar artist Aleksandr Nikuşina, bəstəkarı Vladimir Neverovdur.