Cəmi 10 dəqiqəyə hazırlanan tort

Hazırlanması asan, dadı ləzzətli, bişirilməyə ehtiyac olmayan tort hazırlamaq istəyirsiniz?

Metbuat.az şaftalı tortunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

400 ml (2 qutu) qaymaq

200 q qaymaq pendiri

5 yemək qaşığı şəkər tozu

1 paket vanil

1 paket qovrulmuş peçenye

2 ədəd şaftalı

Hazırlanması:

Şaftalıların qabığını soyub incə-incə dilimləyin. Dərin qaba öncə qaymağı tökün, mikserlə çalın. Üzərinə qaymaqlı pendir, şəkər tozu, vanil əlavə edib qarışdırmağa davam edin. Şəkər tozu tamamilə həll olunmalıdır. Daha sonra yarım saat soyuducuda saxlayıb, tortu hazırlamağa başlaya bilərsiniz.

Tortu hazırlayacağınız qaba öncə peçenyeləri düzün. Üzərindən bir qat qaymaq çəkin. Dilimdəyiniz şaftalıları da düzüb bir qat daha peçenye yerləşdirin. Daha sonra yenə qaymaq çəkib eyni cür prosesi təkrarlayın. 2 saat soyuducuda saxlayıb servis edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Balıq ləvəngisinin hazırlanması - RESEPT



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)