Suriyada türk əsgərlərinə hücum edildi

Suriyanın Hələb şəhərinin Afrin rayonunda PKK/PYD terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin İdlib-Afrin xəttindəki Daret İzzet müşahidə nöqtəsi ətrafına 5 top atıb.

Metbuat.az-ın məlumatına görə, toplardan biri Daret İzzetin Samaan Qalası bölgəsindəki müşahidə nöqtəsinin təxminən yüz metr yaxınlığına düşüb. Digər toplar isə dinc əhalinin yaşadığı ərazilərə düşüb. Məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Türkiyə Silahlı Qüvvələri terror təşkilatının hərəkətinə atəş atmaqla cavab verib.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran arasında imzalanan Astana razılaşması çərçivəsində, İdlib bölgəsində atəşkəs rejiminin tətqibi üçün Türkiyə Silahlı Qüvvələri 12 oktyabrdan etibarən bölgədə yerləşməyə başlayıb.

Suriya-Türkiyə sərhədi yaxınlığındakı İdlib-Afrin xəttində Salve kəndi ilə Samaan Qalası yaxınlığında müşahidə nöqtələri fəaliyyətə göstərən TSQ, üçüncü müşahidə nöqtəsini də eyni yoldakı Şeyx Akil Təpəsində təşkil edib.

Türkiyənin, İdlibdə gərginliyi azaltmaq üçün ümumilikdə 12 atəşkəs müşahidə nöqtəsi qurması nəzərdə tutulur.

Günay Elşadqızı / METBUAT.AZ

Xarici işlər nazirlərinin görüşü olacaq - Bakıda


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR