Baku Medical Plaza vaxtından əvvəl doğulmuşlarla bağlı layihə keçirir - Hekayənizi yazın

Baku Medical Plaza vaxtından əvvəl doğulmuşlarla bağlı layihə keçirir - Hekayənizi yazın
15:23 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Vaxtından əvvəl doğum və onun nəticələri hal-hazırda uşaq ölümlərinin ən vacib səbəblərindəndir.

Statistikaya görə hər il 15 milyon vaxtından əvvəl uşaq dünyaya gəlir və bunların 1 milyonu tələf olur. Yaşayan körpələrdən bəzilərində ömür boyu davam edən görmə, eşitmə, nevroloji qüsurlar görülür. Yaxşı qulluqla, xüsusi və fərdi yanaşma ilə bir çoxu sağlam böyüyür. Biz isə öz növbəmizdə hər zaman olduğu kimi gecə və gündüz yorulmadan bu körpələrin valideynlərinə sağlam verilməsi üçün çalışmağa davam edəcəyik. Bu günü keçirməkdə məqsədimiz ölkəmizdə vaxtından əvvəl doğulmuşlarla bağlı problemlərə diqqət çəkmək, onların ölümlərini önləmək, vaxtından əvvəl doğulmanın fəsadlarının qarşısını almaq, bununla qarşılaşan ailələrə dəstək olmaq və buna bağlı problemlərin həlli yolunu tapmaqdan ibarətdir.

Bildiyiniz kimi, Baku Medical Plaza Neonatologiya şöbəsi olaraq biz daima ən qabaqcıl texnologiyaları istifadə edərək bütün vaxtından əvvəl doğulmuş körpələrə ən yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. İlk gündən bu yana çox sayda körpəmiz bunun sayəsində həyata tutundu. Valideynlərlə birgə çox çətin yollardan keçən bu şirin balarımız artıq öz evlərində, normal həyatlarına davam edir. Bəziləri indi bugün bizimlə bərabər buradadır. 2015-ci ildə ölkəmizdə ilk dəfə bu gün məhz bizim xəstəxanada böyük tədbir ilə qeyd olundu. Biz çox şadıq ki, artıq bir çox xəstəxanada bu gün qeyd olunur. Bu il isə yeni bir layihəmizi sizlərə və cəmiyyətimizə təqdim etmək istəyirik. Bildiyiniz kimi, bu uşaqlar xəstəxanada yaşam mübarizəsini verdiyi zamanda ailələri çox ciddi mənəvi stress keçirdirlər. Bir çox valideyn bu günləri həyatının ən çətin anları kimi xatırlayır...

Məhz bunun üçün ən çox onların o anda psixoloji dəstəyə ehtiyacları olur. Bunun üçün qərara gəldik ki, bu yoldan müvəffəqiyyətlə keçmiş balalarımızın həyat hekayələrini ortaq bir platformada paylaşaq. Bunun üçün bizdə, vaxtından əvvəl doğulmuş və bu yoldan keçmiş olan ailələrdən körpələrinin şəkillərini və qısa hekayələrini istədik.

Bunu https://www.instagram.com/vaxtindanevveldogulmuslar/ İnstagram səhifəsində ( Axtarışa "vaxtından əvvəl doğulmuşlar yazın) paylaşdıq. Ailələrin bu çətin işin öhdəsindən necə gəldiklərini öz dillərindən eşitmək istədik... Hər kəsdən xahiş edirik daha fəal şəkildə o platformada iştirak eləsin, keçdiyi çətin yolun ən maraqlı anlarını səhifədə paylaşsın.

Biz isə öz növbəmizdə hər zaman olduğu kimi gecə və gündüz yorulmadan bu körpələrin valideynlərinə sağlam verilməsi üçün çalışmağa davam edəcəyik.

İnstaqram ÜNVANI

Feysbuk ÜNVANI

Əziz valideynlər, siz də öz körpələrinizin şəkillərini bizimlə paylaşıb ailələrə dəstək vermək istəyirsinizsə, körpələrinizin şəkillərinizin bizə göndərin.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/221553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR