Kürd Muxtariyyəti ABŞ-dan dəstək istədi

Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumundan sonra təhlükəli gərginlik yaşadığı İraq mərkəzi hökuməti ilə arasında vasitəçilik etməsi üçün ABŞ-dan xüsusi nümayəndə ayırmağını istəyib.

Metbuat.az-ın məlumatına görə, Vaşinqton səfəri zamanı “Wall Street Journal” qəzetinə danışan kürd muxtariyyətinin xarici əlaqələr sözçüsü Falah Mustafa Bəkir açıqlamasında deyib: “Böyük təhdid altında olduğumuzu hiss edirik”.

Amerikalı səlahiyyətlilərə gərginliyi azaltmaq üçün daha çox şey etmələri tələbini çatdırdığını deyən Bəkir bildirib ki, beynəlxalq cəmiyyət müdaxilə etməlidir: “Və bunu bu gün etməlidir, sabah yox”.

Peşmərgə ilə İraq hökumət qüvvələri arasında qəti atəşkəs təmin edilməsi üçün ABŞ-ın daha çox müdaxilə etməli olduğu müdafiə edən Bəkir və digər kürd səlahiyyətlilər, xüsusilə İranın dəstəklədiyi Haşdi-Şabinin Şimali İraqdakı varlığından narahatdır.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR