Tokio və Seul Vaşinqtonun addımını alqışladı

Cənubi Koreya və Yaponiya, ABŞ-ın Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil etməsini alqışlayır.

Metbuat.az-ın məlumatına görə, Birləşmiş Ştatlar bununla totalitar hökümətə əlavə maliyyə və diplomatik təzyiq göstərmək istəyir.

Bununla da, Pxenyana qarşı tarixi ən sərt sanksiyaları tətbiq edilə bilər.

Rəsmi Seul bu qərarı Şimali Koreyanın nüvə silahı əldə etməsinə qarşı həlledici addımlardan biri hesab edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR