H&M zəhərli paltar satır? - tonlarla geyim gizlicə yandırılır - VİDEO - FOTO

H&M zəhərli paltar satır? - tonlarla geyim gizlicə yandırılır - VİDEO - FOTO
15:37 22 Noyabr 2017
129 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçin H&M brendi hər il tonlarla yeni geyimi ölkənin bələdiyyə istilik sistemlərində yandırır.

Milli.Az European-a istinadən bildirir ki, bu barədə yerli SVT telekanalı reportaj hazırlayıb.

Telekanalın reportyorları araşdırma apararaq müəyyənləşdiriblər ki, paltarlar gizli şəkildə yandırılır.

H&M isə olayla bağlı açıqlamasında bildirib: "Bəli, hər il təqribən 10 ton ağırlığında paltar yandırırııq. Lakin bu geyimlər daşınma zamanı zərər çəkmiş paltarlardır. Müştərilərimiz qarşısında məsuliyyətimiz və öhdəliyimiz odur ki, dükanlarda zərərli paltar satmayaq".

SVT bildirir ki, bəyanatlarına rəğmən, H&M brendi insan sağlamlığı üçün çox təhlükəli, zəhərli kimyəvi maddələrdən istehsalatda istifadə edir.

İsveçin ətraf mühitin mühafizəsi naziri Karlina Kluqun dediyinə görə, parçanı xarab edən kimyəvi maddələrin miqdarı onu narahat edir.

H&M brendi 1947-ci ildə yaradılan, mərkəzi ofisi Stokholmda olan qadın, kişi və uşaq geyimləri, habelə ayaqqabılar və aksessuarlar istehsalçısı və riteyleridir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/601644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR