"Rəşid Behbudov kimi oxuya bilərəm"

Əməkdar artist Vasif Məhərrəmli həmkarlarının səsindən danışıb.

Metbuat. Az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni bildirib ki, şou-biznesdə bir çox müğənnilərin səsi oxşardır:

“Fərqli janrlara da müraciət edirəm. Amma mən sənətə klassik estrada janrında gəlmişəm. “Bakılı qız” , “Nə küskünsən” , “Sevgilim” kimi mahnılar oxumuşam. Rəşid Behbudov kimi oxuya bilərəm. Amma unutmasınlar ki, heç kim Rəşid ola bilməyəcək. Bundan sonra 100 il keçsə də, o səsdən gəlməyəcək. Hansı müğənnilərin ki, səslərini digərindən seçə bilmiriksə, demək ki, onlarda süni səs var. Bir də görürsən ki, radioda bir mahnı verirlər, tapa bilmirsən ki, kimdi oxuyan”.

V. Məhərrəmli onu da əlavə edib ki, onun səsini xalq artisti Samir Cəfərovun səsinə bənzədiblər: “Məsələn, Samir Cəfərov “Əsən yellər” mahnısını oxuyub. Bir çoxları elə bilir ki, həmin mahnını mən oxumuşam. Samirlə səsimizdə oxşarlıq var. Çünki o da təcrübə görmüş səsdi. Mən də azdan-çoxdan təcrübə görmüş müğənniyəm”.

Şəbnəm Tovuzlu tamaşaçıya söydü: "Get anana..."- BÖYÜK QALMAQAL / FOTO- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR