Azərbaycan neftinin qiyməti 64 dolları ötüb

Azərbaycan neftinin qiyməti 64 dolları ötüb
23:37 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 64,42 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,47 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 63,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 22-də 62,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/602112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR