Bələdiyyələrə siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı səlahiyyət verilir

Bələdiyyələrə siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı səlahiyyət verilir
15:37 24 Noyabr 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı bələdiyyələrə səlahiyyət verilir.
“Report”un xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, ikinci oxunuşda qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində tədbirlərdə bələdiyyələrin aktiv iştirakı nəzərdə tutulurdu.
Parlamentdə üçüncü oxunuş üçün hazırlanan qanun layihəsində isə bələdiyyələrə əlavə səlahiyyət verilir, yəni bələdiyyələr tədbirləri təşkil edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/belediyyelere-siqaret-cekilmesinin-mehdudlasdirilmasi-ile-bagli-selahiyyet-verilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR