Tramp Ərdoğana zəng vuracaq

ABŞ prezidenti Donald Tramp bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuracaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə o, Tvitter hesabında açıqlama yayıb. Tramp bildirib ki, Türkiyə lideri ilə Yaxın Şərqdəki sülh məsələsini müzakirə edəcək: “Yaxın Şərqdə üzərimdə qalan bu qarışıqlığı həll etmək üçün bu səhər (ABŞ saatı ilə) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuracam. Bu məsələni həll edəcəm. Amma ən əsası, insan həyatı və dollarlar (6 trilyon) itirməyimiz səhv idi” deyib.

Günay Elşadqızı / METBUAT.AZ

NATO-Türkiyə qalmaqalında yeni fakt üzə çıxıb - Ərdoğanın adına açılan saxta hesab


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR