"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin xüsusi elçisi Yon Gil Son bildirib.
"Sentyabrın 15-dən etibarən Şimali Koreya nüvə-raket sınaqlarını dayandırıb. Amma onların təxribatlarını hansı səbəbdən - texniki problemlərə görə, yoxsa ABŞ, Çin və Rusiyanın təzyiqi altında dayandırdığını bilmirik. İstənilən halda, bu, müsbət işarədir. Tendensiya davam etsə, KXDR ilə birbaşa danışıqlara hazırıq", - prezidentin xüsusi elçisi Seulda "Valday" klubunun sessiyasında deyib.
Eyni zamanda, Yon Gil Son sınaqların dayandırılmasının texniki problemlərlə bağlı olduğunu əlavə edib.