Avtomobil ağaca çırpılıb, iki gənc yaralanıb

09:27 8 Aprel 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Samuxda avtomobil ağaca çırpılıb, 2 nəfər ağır yaralanıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Samux rayonundan 2 ağır yaralı xəstəxanaya gətirilib. Yaralılar rayonun Qarabağlılar kənd sakinləri, 26 yaşlı Rüstəm Allahverdiyev və 24 yaşlı Elnur Həsənovdur. Həkimlərin sözlərinə görə, yaralılardan Rüstəm Allahverdiyevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR