6 ildir saçına şampun vurmur - FOTO

6 ildir saçına şampun vurmur - FOTO
09:57 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Saçımda güclü yağlanma vardı və problemi illər boyu həll edə bilmirdim. Lakin günlərin birində bu hərəkat barədə oxudum və mən də saçımı şampunla yumamaq qərarına gəldim. Artıq 6 ildir ki, saçımı şampunla yumuram. Saçım əla vəziyyətdədir, özümü də yaxşı hiss edirəm".
 
ABŞ-ın Nyu-York şəhərində yaşayan yazıçı Sara Tibum gerçəkdən də, artıq 6 ildir ki, saçını şampunla yumur. O, saç şampunlarına "Yox!" deyənlərin "No Poo" hərəkatına qatılıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı qız hərəkata qatılandan sonra iki ay saçını şampunla yumayaraq yeniliyi sınayıb.
 
"Çox gözəl effekt oldu. Saçımdakı qırıqlar, topalar, düyünlər yoxa çıxdı. Saçım yumşaldı, ipək kimi oldu. İlkin nəticələrin yaxşı olduğunu görərək sınağı davam etdirmək qərarına gəldim", - Sara Tibum söyləyib.
 
New Yorker jurnalının tanınmış yazarlarından sayılan Sara Tibum şampundan istifadəni dayandırmaqla, 6 ildir saçını ümumiyyətlə onunla yumur.
 
Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR