Dadlı "sütlaç" resepti

Bu dəfə Türkiyə mətbəxinin dadlı şirniyyatlarından “sütlaç” hazırlayacağıq.

Metbuat.az şirniyyatın hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

1 stəkan yarım düyü

3 stəkan isti su

4 stəkan süd

2 stəkan şəkər tozu

2 yemək qaşığı düyü unu

Qeyd: Düyü ununun lopa-lopa olmaması üçün süd ilə yaxşıca qarışdırdıqdan sonra qaynamaqda olan düyüyə əlavə edin.

Hazırlanması:

Təmizləyib yuduğunuz düyüyə isti su əlavə edib qaynadın. Süd, şəkər tozu və düyü ununu ayrı qabda qarışdırıcı ilə qarışdırın. Qaynamış düyüyə süd qarışığını az-az əlavə edərək qarışdırmağa davam edin. “Sütlaç” hazır olanda servis edəcəyiniz qaba tökün. İlıqlandıqdan sonra soyuducuya qoyub soyudun. Şirniyyat hazırdr.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Soyuq havaların yeməyi - Xaş resepti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)