Azərbaycanda təhsil naziri də vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR