Şəki pitisinin hazırlanması

Azərbaycan milli yeməklərindən biri də pitidir.

Metbuat.az xəbər verir ki, xüsusilə, pitinin hazırlanmasına görə, Şəki bölgəsi seçilir. Yeməyin əsl hazırlanma qaydası ilə tanış olaq.

Lazım olan ərzaqlar:

163 q qoyun əti

20 q quyruq

15 q baş sağon

20 q iri noxud

150 q kartof

30 q təzə alça

15 q düyü

0,1 q zəfəran və quru nanə

Zövqə görə, duz, istiot vurulur.

Hazırlanması:

Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış , iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.

Nuş olsun!

Qarabağ kətəsinin hazırlanması - MİLLİ MƏTBƏX


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)