Hər bölgənin özünəxas paxlava reseptləri olur.
Metbuat.az bu dəfə Bakı paxlavasının hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
240 qram əla buğda unu
60 qram ərinmiş yağ
80 qram süd
200 qram badam və qoz ləpəsi
200 qram şəkər tozu
0.4 qram zəfəran
0.2 qram vanil
20 qram bal
Hazırlanması:
Xəmirin yoğrulması və içliyin hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib, üstünə 3-04 mm qalınlığında içlik tökülür. İçliyin üzərinə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlava 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirilir. Hazır olmağa 15 dəqiqә qalmış üstünə şərbət və yaxud bal tökülür.
Nuş olsun!