Almaniyada təyyarə reysləri təxirə salındı

ALmaniyanın bir neçə hava limanı hava şəraitinə görə reysləri təxirə salıb.

Metbuat.az xəbər verir kİ, Frankfurt-Mayn hava limanında gün ərzində reyslərin gecikməsi və təxirə salınması qeydə alınıb. Sərnişinlərə hava limanına gəlməmişdən əvvəl uçuşlar barədə ətraflı məlumat almaqları tövsiyə olunub.

Günün ilk yarısında 267 aviareys təxirə salınıb, 100-ə yaxın reysdə isə gecikmələr olub.

Köln/Bonna hava limanında 10 reys təxirə salınıb. Düsseldorfun hava limanında isə uçuşlar dayandırılıb.

Bakıda ticarət mərkəzində faciə - 28 yaşlı gənc öldü - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR