Dünya ictimaiyyətinİn gözü TƏRTƏRDƏ

Dünya ictimaiyyətinİn gözü TƏRTƏRDƏ
08:28 11 Dekabr 2017
160 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış olacaqlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/223831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR