ABŞ prezidenti Donald Trampın Qüds qərarının ardınca dünyanı etiraz aksiyaları bürüyüb.
Metbuat.az xəbər verir ki, Qəzza zolağı, İordan çayının qərb sahili, Qüds, Əl Xəlil və bir çox bölgədə etiraz aksiyalarında nümayişçilərlə İsrail polisi arasında toqquşmalar baş verib.
Dekabrın 7-də İordan çayının qərb sahilində yerləşən Əl Xəlil şəhərində baş verən qarşıdurmalar zamanı İsrail əsgərlərinin gözlərini bağlayaraq apardığı 14 yaşlı Fevzi El-Junidi adlı fələstinli uşağın fotosu dünya mediasını zəbt edib.
Türkiyə prezidenti Ərdoğan fotoya, “Terrorçular 14 yaşındakı uşağın gözlərini bağlayıb, görün necə sürüyürlər”-deyə münasibət bildirib.
Məlumatlara görə, Junidi hazırda Betlehəmdəki bir hərbi həbsxanada saxlanılır.
Aysel Yaqubqızı / Metbuat.az