NASA astronavtı: "Ad günümdə kosmosda olmayacağam"

NASA astronavtı: "Ad günümdə kosmosda olmayacağam"
11:37 11 Dekabr 2017
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ “Bir çox insanların Marsa uçmaq arzusu var. Ola bilsin ki, onlar Marsa gedə biləcəklər, amma ömürləri çatmayacaq ki, geri qayıtsınlar”. 
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən dəyirmi masada NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı xanım Haydi Payperi (Heide Piperi) deyib.
O həmçinin bildirib ki, gələn il 55 yaşını qeyd edəcək: “Fevralın 7-də 55 illik yubileyimi qeyd edəcəm. Amma həmin vaxt kosmosda olmayacağam. Həyat yoldaşım məni Haitiyə aparacaq”.
Astronavt kosmosda başına gələn hadisə haqqında da danışıb:
“Açıq kosmosa çıxanda böyük qutumuz olur. Onun içinə isə qarmaqlar vasitəsilə kiçik qutular yerləşdiririk. Bir dəfə həmin qutulardn biri bərkidilmədiyi üçün o, açıq kosmosa uçdu. Həmin an düşündüm ki, özüm də qutunun arxasınca tullanım və bəlkə ona çatdım. Amma sonra qərarımı dəyişdim. Düşündüm ki, bununla işi daha da qəlizləşirə bilərəm”.
H.Payperi həmin vaxt onu məyus edən hadisəni sonra ətrafındakı insanların zarafatla qarşıladığını da qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/nasa-astronavti-ad-gunumde-kosmosda-olmayacagam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR