Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb
11:52 11 Dekabr 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin ötən dövründə xarici dövlətlərin 3645 vətəndaşı Gürcüstandan deportasiya edilib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Siyahıya Türkiyə vətəndaşları başçılıq edir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Gürcüstandan deportasiya edilib. Sonrakı yerdə İsrail vətəndaşları gəlir. Bu il 413 israilli Gürcüstandan çıxarılıb. Üçüncü yeri Almaniya (395 vətəndaş) tutub. 4-cü sırada isə Rusiya (228 nəfər) qərarlaşıb. 
Bu il ərzində Azərbaycanın bir vətəndaşı Gürcüstandan deportasiya olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustandan-deportasiya-edilen-ecnebilerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR