Qeyri-bank kredit təşkilatlarının kredit portfeli 7% kiçilib

Qeyri-bank kredit təşkilatlarının kredit portfeli 7% kiçilib
20:07 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Qeyri-bank kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 2017-ci ilin oktyabr ayında 32,1 mln. manat və ya 7,1% azalaraq noyabrın 1-nə 420,2 mln. manata çatıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Eyni zamanda qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşlarının cəmi kreditlərdə xüsusi çəkisi 3,6%-dən 3,5%-ə enib.
Hesabata əsasən, qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi yanvar - mart ayları ərzində dəyişməz qalaraq 454,4 mln. manat təşkil edib. Sonra, aprel ayında 399,2 mln. manata düşüb və I yarımilin sonunadək sabit qalıb. Daha sonra 452,3 mln. manata yüksələrək 3 ay (iyul, avqust, sentyabr) ərzində sabit qalıb.
Qeyd edək ki, kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşu oktyabrda 285,0 mln. manat və ya 2,3% azalaraq 2017-ci il noyabrın 1-nə 12 152,2 mln. manat təşkil edib. Bunun 2 144,8 mln. manatı və ya 17,6%-i dövlət bankları, 9 587,1 mln. manatı və ya 78,9%-i özəl banklar, qalanı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qeyri-bank-kredit-teskilatlarinin-kredit-portfeli-7-kicilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR