Pakistandakı səfirliyimizdə ümumilli liderin xatirəsi anılıb

Ümumilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Pakistandakı səfirliyində də anılıb.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə çiçəklər qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik konsepsiyasının banisi olduğu kimi, çoxşaxəli xarici siyasət strategiyasının da əsasını qoyan müdrik lider və dahi şəxsiyyət olduğunu bildirib. Səfir Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlandığı və Azərbaycanın müasir dünyəvi dövlət kimi öz adını dünya dövlətləri sırasına yazdığını bildirib.

Ə.Əlizadə bildirib ki, Azərbaycanın Pakistanla yaxın dostluq və qardaşlıq əlaqələrinin yaradıcısının da məhz ümummilli lider Heydər Əliyevin olduğu, onun müəyyən etdiyi siyasi kurs nəticəsində Pakistanla münasibətlərin daim inkişaf etdiyi və bu siyasi kursun ölkə rəhbərliyi tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın Pakistanla əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini vurğulayıb.

Səfir ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərinin unudulmayacağını və onun əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını qeyd edib.

“Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır” - Səfirlə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR