“AB və Birləşmiş Krallıq arasındakı razılıq ilk nəticədir”

Belçikanın paytaxtı Brüsseldə İngiltərə istisna olmaqla 27 üzv ölkənin Avropa Birliyi (AB) nazirlərinin Ümumi İşlər Şurası konfransı keçirilib.

Metbuat.az-ın məlumatına görə, Avropa Birliyi Komissiyasının Breksit (İngiltərənin Avropa Birliyindən çıxması) məsələləri üzrə baş vasitəçisi Mişel Barnier konfransdan sonra mətbuat nümayəndələrinə açıqlama verib. Breksit müzakirələrində xüsusilə vətəndaşlıq hüquqları, İrlandiyanın sərhəd məsələləri və maliyyə məsələsindəki razılıq barədə son vəziyyəti dəyərləndirən Barnier deyib: “AB və Birləşmiş Krallıq arasındakı razılıq müzakirələrin ilk nəticəsidir və irəliyə istiqamətli əhəmiyyətli addımdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl AB-nin Komissiya sədri Jean-Klaud Yunker ilə İngiltərənin Baş naziri Tereza Mey Brüsseldə iclas keçiriblər. Daha sonra mətbuat konfransı keçirən Yunker deyib: “İngiltərənin çıxışı üçün apardığımız müzakirələrdə lazımi inkişafı təmin edə bildik”.

Tereza Mey isə çətin danışıqların ilk hissəsində tərəflərin qarşılıqlı razılaşma ilə irəliləyiş əldə etdiyini bildirib. AB liderlər zirvəsində müzakirələrin ikinci mərhələsinin keçirilməsinə razılıq veriləcək.

Günay Elşadqızı / METBUAT.AZ

Avropa Birliyi ilə İngiltərə razılığa gəldi - Breksit məsələsi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR