ABŞ-da yol qəzası baş verib, xəsarət alanlar var

ABŞ-da yol qəzası baş verib, xəsarət alanlar var
01:57 14 Dekabr 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatında yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə "ABC Action News" telekanalı ştatın yol polisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, yük avtomobili məktəbli avtobusuna çırpılıb. Belə ki, avtobusun sürücüsü məktəbliləri mindirmək üçün nəqliyyat vasitəsini saxlayıb. Bu zaman arxadan gələn yük maşını avtobusa çırpılıb.
Hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR