Yük maşını məktəb avtobusuna çırpıldı: 22 yaralı

Yük maşını məktəb avtobusuna çırpıldı: 22 yaralı
02:54 14 Dekabr 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatında yük maşını məktəb avtobusuna çırpılıb.

 

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.

 

Haylends dairəsində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan 22 nəfər xəstəxanaya yerləşdirilib. İki məktəblinin ağır vəziyyətdə olduğu bildirilir. Digərləri ambulator müayinədən sonra evə buraxılıblar.

 

İlkin məlumata görə, avtobus məktəbliləri mindirmək üçün yol kənarında dayanan zaman arxadan gələn yük maşını onu vurub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR