2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlandı

2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlandı
03:48 15 Dekabr 2017
144 Şou
Ölkə mətbuatı
A- A+

"Billboard" jurnalı 2017-ci ilin ən yaxşı 100 mahnısının adını açıqlayıb.

“Report” xəbər verir ki, birinci yerdə müğənni Selena Qomesin "Bad Liar" bəstəsi, ikinci yerdə isə Kardi Bi və onun "Bodak Yellow" mahnısı qərarlaşıb.

Liderlər üçlüyünü Kelvin Harris və Frenk Ouşenin "Slide" treki qapayıb.

Onun ardınca Luis Fonsi, Daddi Yanki və Castin Biberin ifasında "Despacito" mahnısı gəlir.

Siyahıda həmçinin Lil Uzi Vertin "XO Tour Llif3", Kendrik Lamarın "Humble", Cey Balvin, Uilli Uilyam və Beyonsun "Mi Gente" mahnısı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/224347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR