Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "Baku Bus" avtobusları ilə fəaliyyətə başlayıb.
Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Qurum rəhbərinin sözlərinə görə, artıq həmin avtobuslar bu gündən 17 saylı marşrut üzrə xəttə çıxıb.
Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus"MMC-yə verilmişdi.
17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.
Binəqədi yolundakı tıxac haçan sona çatacaq? - Birazca da dözün...