Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi məqsədilə bir müddətdir Bakının Binəqədi şossesində “Azəravtoyol” ASC və “Azərsu” ASC tərəfindən təmir-yenidənqurma işləri həyata keçirilirdi.
Dekabrın ilk həftəsində yolun istifadəyə verilməsi barədə məlumat verilsə də, dünən axşam saatlarında yol yenidən təmirə bağlanıb. Bu da həmin istiqamət üzrə hərəkət edən nəqliyyat sistemini iflic hala salıb.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Metbuat.az-a açıqlamasında bildirib ki, təmir-yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yaxın 1-2 günə yol tam olaraq açılacaq.
Xəyalə Məmmədova / METBUAT.AZ
Dolları olanlar, OXUYUN: Manatın aqibəti necə olacaq? - Gələn il üçün proqnoz – Oxumaq üçün tıklayın!