Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət məhdudlaşdırılır.
Bunu "Azəravtoyol" ASC-nin metbuat xidmətinin rəhbəri Anar Nəcəfli Metbuat.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu səbəblə, sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ – VİDEO – Oxumaq üçün tıklayın!