Azərbaycan ixracatçıları gələn il Almaniya, Rusiya, BƏƏ və Çində sərgilərdə iştirak edəcəklər

Azərbaycan ixracatçıları gələn il Almaniya, Rusiya, BƏƏ və Çində sərgilərdə iştirak edəcəklər
12:17 18 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycan ixracatçıları Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çində keçirləcək beynəlxalq sərgilərdə iştirak edəcəklər.
"Report" xəbər verir ki, bunu 3-7 dekabr tarixlərində BƏƏ və Səudiyyə Ərəbistanına təşkil edilən ixrac missiyasının yekunlarına həsr edilmiş mətbuat konfransında "Azpromo"nun vitse-prezidenti Yusif Abdullayev deyib.
Y.Abdullayevin sözlərinə görə, hər bir sərgidə 20-dən artıq şirkətin iştirak etməsi gözlənilir: “2018-ci ilin fevralında Almaniyada keçiriləcək meyvə-tərəvəz sərgisində 104 kv. metrlik vahid ölkə stendi ilə 10-dan artıq şirkətin iştirakı gözlənilir. Fevralda Moskvada keçiriləcək “ProdExpo” sərgisində ölkəmizi 20 şirkət təmsil edəcək. Sərgidə ölkə stendi 185 kv. metr ərazini əhatə edəcək. Fevralın sonunda BƏƏ-də keçiriləcək “Gulfood” sərgisində də 20-dən artıq şirkəti 170 kv. metrlik ölkə stendimizdə toplayacağıq”.
"Azpromo" rəsmisi deyib ki, bu il ərzində ixrac missiyaları çərçivəsində 20-dən artıq müqavilə imzalanıb və onlardan 10-u artıq işləkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-ixracatcilari-gelen-il-almaniya-rusiya-bee-ve-cinde-sergilerde-istirak-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR