Azərbaycan neftinin bir barelinin dəyəri bir müddətdir 65 dollardan yüksəkdir.
Hazırda dünya birjalarında "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 66.54 dollara təklif olunur. Neftin qiymətinin qalxması dollara görə hər gün Azərbaycana təqribən 400 min dollar gəlir gətirir. Ölkənin iqtisadi gəlirlərinin əsas hissəsinin neftdən gələn vəsait təşkil etdiyi üçün qiymətlərin qaxlması və enməsi ölkəmizə ciddi şəkildə təsir edir.
Neftdən gələn vəsait hansı sahələrə istiqamətləndirilərsə, dünya birjalarındakı enib-çıxmaların ölkəmizə təsiri azalar?
Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycan iqtisadiyyatının 90%-ni neft təşkil edir:
“Neftin qiyməti Azərbaycan üçün vacibdir. Neftin qiymətindəki artımlar Azərbaycan dövlət gəlirlərinin artmasına imkan verir. Azərbaycan əvvəlki dövrdə neftdən əldə etdiyi vəsaitlər hesabına infrastrukturun qurulmasını həyata keçirib. Növbəti dövrdə çox vacibdir ki, neftdən əldə edilən vəsaitlər iş yerləri yaradılan sektorlara yönləndilsin. Vəsaitlərin güzəştli, yaxud faizsiz kreditlər formasında sahibkarların layihələrinin maliyyələşdirilməsində istifadə edilməsi daha məqsədəuyğun olardı. Neft sektoru aparıcıdır. Amma ciddi məşğulluq yaratmır. Neftin iqtisadiyyatda payı 90% olmasına baxmayaraq, məşğulluqdakı payı 7%-dir. Neft satışından əldə edilən gəlirlər məşğulluq yaradan sektorlara yönləndirilərsə, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir etməyəcək”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Pensiya alanlar üçün VACİB XƏBƏR! – Açıqlama – OXUMAQ ÜÇÜN TIKLAYIN!