Aparıcı Burcu Esmersoy yeni sevgilisi, iş adamı Berk Suyabatmazla Yeni Zelandiyaya yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 40 yaşlı aparıcı hazırda yay fəsli olan ölkədə bir ay çimərlikdə istirahət etmək fikrindədir.

Daha sonra Maldiv adalarına, İngiltərəyə, İtaliyaya, İspaniyaya, Fransaya və Amerikaya da gedəcək Burcu gələn ilin aprelində Bodrumda olacaq.

"2018-ci ili gəzməyə ayırdım" deyən Esmersoy 5 ay boyunca işdən uzaqlaşıb dincəlmək istəyir.

Milli.Az