ABŞ-ın Los-Anceles şəhərindəki parklardan birində əleyhqaz geymiş naməlum şəxs dəhrə ilə insanlara hücum edib.
Report-un məlumatına görə, bu barədə "Sunday Express" şahidlərə istinadən xəbər verib.
Hadisə zamanı 8 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Əraziyə gələn polis əməkdaşları cinayətkara atəş açaraq onu yaralayıblar.
Hadisənin başvermə səbəbləri və şəraiti müəyyənləşdirilir.
Milli.Az