Avstriyanın Baş naziri Sebastian Kurz Almaniyanın “Bild” qəzetinə müsahibəsində Türkiyəni hədəf seçib.
Metbuat.az-ın məlumatına görə, Avropanın ən gənc Baş naziri müsahibəsində “Türkiyənin Avropa Birliyində yeri yoxdur”deyib. 31 yaşlı Kurz, 15 oktyabrda keçirilən seçki öncəsi kapmaniyada xarici düşmən kimi Türkiyəni hədəf seçmişdi.
Avstriya Xalq Partiyasının (ÖVP) sədri Sebastyan Kurz və həddən artıq sağçı Azadlıq Partiyasının lideri Heinz Kristian Straxenin qurduqları koalisiya hökuməti 18 dekabrdan vəzifəyə başlayıb.
Avstriyada yeni qurulan hökumətin proqramında “AB-nin Türkiyə ilə müzakirələri kəsməsi və bunun üçün müttəfiqlər axtaracağı” ifadələri səsləndirilib.
Günay Elşadqızı / METBUAT.AZ