Ötən gün Nazirlər Kabinetinin qərarı ilə aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.

“Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrinin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən, bu, Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək”.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib:

“Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin “Aİ-92” markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq”.

Azərbaycan neftinin - Son qiyməti – Oxumaq üçün tıklayın!