Bayram günlərində qeyri-iş günlərinin sayının azlığı səbəbilə insanlar istirahət üçün bölgələrə üz tutur.
Burada günlük kirayə evlər oteldə qalmaqdan ucuz başa gəldiyi üçün şəxslər sözügedən qonaq evlərində qalmağa üstünlük verirlər. Bəzən bu cür yerlərdə oğurluq və digər xoşagəlməz hadisələr baş verir. Belə olan halda zərəçəkən nə etməlidir?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, qanunvericilikdə bununla bağlı Kirayə müqaviləsi var:
“Kirayə müvaviləsi yazılı şəkildə bağlanır, notarial qaydada təsdiq olunur. Tələblərə riayət olunmasa, gələcəkdə hər iki tərəfdən – kirayə verən və kirayə götürən şəxs tərəfindən hüquqların pozulması ilə bağlı tələblərin ortaya qoyulması mümkünsüz olur. Çünki şəxslər qanunu şəkildə bu müqaviləni bağlamırsa, o zaman tərəflərin hüquq və vəzifələri yaramır. Öhdəlik yaranmadığından gələcəkdə müxtəlif problemlər ortaya çıxır.
Vergidən yayınma
İnsanlar vergidən yayınmaq üçün kirayə müqaviləsi bağlamır. Bu, daha çox qısamüddətli kirayələr zamanı qeydə alınır. Gələcəkdə isə daşınmaz əmlaka vurulan zərərlə bağlı əmlakın mülkiyyətçisi məhkəməyə müraciət edə bilmir. Kirayə götürən şəxs çox vaxt verdiyi vədlərə əməl etmir. Məsələn, pulu aldıqdan sonra evdəki problemi aradan qaldırmır. Müqavilə bağlanılmadığı üçün isə kirayəçi bununla bağlı iddia irəli sürə bilmir”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Yeni ildən pensiya və maaşlar ARTACAQ - Təxminən... – Oxumaq üçün tıklayın!