Ekspertlər ilin sonuna doğru dolların bahalaşcağı, bunun fonunda manatın zəifləyəcəyini bildirsələr də proqnozlar özünü doğrultmadı. 2017-ci ilin mart ayından ilin sonuna qədər dolların məzənnəsində ciddi dəyişiklik olmadı.
İqtisadçı Rəşad Həsənov Metbuat.az- açıqlamasında bildirib ki, 2017-ci ildə dünya valyutalarına qarşı manatın mövqeyi zəifləyib:
“ABŞ dolları 2017-ci ilin fevralından etibarən öz mövqeyini təxminən 12% itirib. İlin sonu ilə bağlı məsələ isə tələbin artmasından qaynaqlanan məsələ idi. Dövlət öhdəliklərinin yerinə yetirilməsi içində ənənəvi olaraq büdcə xərclərinin artması səbəbilə, valyuta bazarlarında dollara tələbin artması məsələsindən qaynaqlanırdı. Biz bunun simptomlarını hiss etməyə başladıq. İlk dəfə olaraq uzun müddətdən sonra dekabrın əvvəllərində - 10-dan sonra banklar ABŞ dollarının alışını 1.70-in üzərinə qədər artırıb. Amma Mərkəzi Bank hərraclarda təklifi artırmaqla manat qıtlığını tarazlayıb. Bu, təzyiqi aradan qaldırıb. Hazırda da Mərkəzi Bank bu istiqamətdə işlər həyata keçirir. Yenə də, istənilən halda, bunun hiss olunmamasının tam səbəbləri məzənnənin üzən rejim əsasında formalaşmamasıdır”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Dəmirbankda batan 28 milyon manatdan - ÜMİD YOXDUR – Oxumaq üçün tıklayın!