İslandiyanın cənubunda turistləri daşıyan avtobus aşıb.
Publika.az xəbər verir ki, yol qəzası paytaxt Reykyavikdən 250 km cənubda baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda təxminən 40 Çin vətəndaşı olub. Xəsarət alanlardan 10-u paytaxt xəstəxanasına çatdırılıb.
İnsidentin səbəbləri müəyyənləşdirilir.