Koreyada 6444 nəfər əfv edilib.
Publika.az xəbər verir ki, əfv olunanların bir qismi azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib, digər qism məhkumun cəza müddəti də yarıbayarı endirilib.
Koreya Respublikası tərəfindən verilən əfv siyahısında 2007-ci ildə keçirilən prezident seçkiləri zamanı ölkədə sabiq dövlət başçısı Li Myun-Bak haqqında əsassız korrupsiya iddialarına görə azadlıqdan məhrum edilən yüksək vəzifəli məmurlar da var.
Bundan başqa 2009-cu ildə Seul əyalətində keçirilən etiraz aksiyası nəticəsində 3 nəfərin ölümünə səbəb olan 25 fəal da əfv edilənlər sırasındadır.
Əfv siyasi vəzifə tutmuş şəxsləri, korrupsiya ittihamları ilə həbs olunanları və iş adamlarını əhatə etməyib.
Könül Cəfərli