Avstraliyada 35 yaşlı qadın geyindiyi dar cins şalvarı iki gün əynindən çıxarmayıb.
Metbuat.az xəbər verir ki, bundan sonra Elizabet Svit adlı qadın əzələ zədələnməsi, qıçlarda şişmə və sinir sıxışması səbəbiylə xəstəxanaya aparılıb. E.Svitin hərəkətlərində və nitqində rabitəsizlik yaranıb.
Həkimlərin bildirdiyinə görə, dar cins şalvarların daha əvvəl də sinir sistemini zədələməsinə səbəb olduğunu görüblər. Belə ki, dar cins şalvar əyilib-qalxan zaman ayaq əzələlərində qan dövranının azalmasına səbəb olur. Həkimlər xəstəxanada 4 gün müalicə alan qadına dar geyimlə vidalaşmağı tövsiyyə ediblər.