Müğənniyə qızıl Quran (FOTO)

Müğənniyə qızıl Quran (FOTO)
11:26 10 Yanvar 2015
243 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış sənətçisi Bülənt Ərsoya qızıl Quran hədiyyə edilib. ANS PRESS-in məlumatına görə, ona verilən hədiyyələrdən biri də Kəbənin örtüyündən bir hissədir.

Sənət divası hesab edilən Ərsoya bu qiymətsiz hədiyyələri Səudiyyə Ərəbistanı şahzadəsi Salman Bin Əbdüləziz əl-Suud göndərib.

Ərsoy qızıl Quranı ofisində, Kəbə örtüyünü isə evinin ən gözəl yerindən asdığını deyib.
Müqəddəs kitab 22 əyarlı qızıldan hazırlanıb.

Müğənninin sözlərinə görə, şahzadə hər il yaxınlarına özəl hədiyyələr göndərib və bunların mənəvi dəyərinin çox böyük olduğunu deyib.

“Kəbə örtüyünə hər il kimlər üzünü sürtür, nə qədər dualar edilir... Mən də ibadətlərimdə ona əlimi sürtür,üzümü qoyur, dualar edirəm".





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR