Məşhur "Vogue" jurnalının üzqabığının budəfəki qəhrəmanı idmançı Serena Uilyams olub.
Metbuat.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, idmançı jurnala 4 aylıq qızı Aleksis Olimpi ilə də pozlar verib. Həmin fotoları sosial mediada izləyicilər ilə bölüşüb.
Qeyd edək ki, 35 yaşlı Serenanın övladının atası qızının 11 həftəsində ailə qurduğu Aleksis Oqanyandır. Ötən ilin noyabrında baş tutan mərasimdə 250-dən çox qonaq iştirak edib.
| Həbsdən çıxan müğənni boşandı - VİDEO - Oxumaq üçün tıkla |