Topun qapı xəttini keçməsini müəyyənləşdirmək üçün tətbiq edilən sistemdən Fransa Kubokunda artıq istifadə olunmayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi sistemdə müşahidə olunan texniki nasazlıqdır. "Goal-line" texnologiyası ölkə kubokunda baş tutan "Amiens" - PSJ (0:2) və "Anqers" - "Montpellyer" (0:1) oyunlarında hakimə səhv məlumat verib. Fransa Futbol Federasiyası bu iki səhvə görə sistemin istehsalçısı ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində