Bu ərazilərdən avtobuslar niyə keçmir?

Nəqliyyat məsələsi ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Metbuat.az-a müraciət edən vətəndaş Günel Qafarova bildirir ki, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni sahədə marşurt avtobusları fəaliyyət göstərmir. Ərazidə yaşayan sakinlər magistral yoldan keçən 136 saylı avtobusa minmək üçün hər gün ya 40 dəqiqə piyada yol yerimək, ya da yolu taksiylə getmək məcburiyyətində qalırlar.

Digər bir problem paytaxtın Hövsan qəsəbəsi ilə bağlıdır. Sakinlər müraciətlərində bildirirlər ki, qəsəbədən “28 may” metrosuna birbaşa avtobus işləmədiyindən, həmin yolu gündəlik taksi ilə gəlmək məcburiyyətində qalırlar.

Həmçinin, paytaxtın mərkəzi küçələrindən biri olan, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində də avtobus problemi yaşanır. Sakinlər ərazidən marşurt xətti keçmədiyi üçün ya Azadlıq prospekti, ya da Səməd Vurğun küçəsindən avtobusa minmək məcburiyyətində qalırlar.

Bizə göndərilən müraciətlərlə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Mais Ağayev bildirdi ki, hazırda xətlərin optimallaşdırılması işləri çərçivəsində ərazilər, marşurt xətləri təhlil edilir:

“Harada marşurt xətlərinin açılmasına ehtiyac varsa, həmin ərazidə yeni marşurt xətti açılır. Hər hansı marşurt xəttinin uzadılması, qısaldılması, yaxud hərəkət istiqamətinin dəyişdirilməsinə ehtiyac varsa, onunla bağlı qərar qəbul edilir. Qeyd edilən ərazilərlə bağlı əməkdaşlarımız araşdırma aparacaqlar. Sərnişinlərin xüsusi narahatçılığına səbəb olan hallar varsa, onlar mütləq həllini tapacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabahdan etibarən başlayacaq - Proqnoz açıqlandı – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR