Yanvar ayının 13-dən ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürməsi paytaxtdakı bəzi ərazilərdə qazın təzyiqində problem yaradıb.

Bakının Suraxanı, Nərimanov, Nəsimi və Xətai rayonlarındakı bəzi yaşayış yerlərində qazın təzyiqinin azalması ilə bağlı redaksiyamıza müraciətlər daxil olub.

Yaranan problemlə bağlı Metbuat.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, təbii qaza olan tələbat artdıqca, qazın verilişi də tərəfimizdən artırılır:

“Havalar qəfil dəyişəndə qazın təzyiqində yaranan çatışmazlıq əməkdaşlarımız tərəfindən tənzimləmə üsulu ilə aradan qaldırılır. Çağrı mərkəzinə gələn zənglər hansı rayondan daxil olubsa, elektron qaydada əməkdaşlarımız tərəfindən qeyd olunan əraziyə baxış keçirilir, tənzimlənmə işləri aparılır. Hansı ərazidə təbii qazın çatışmazlığı ilə bağlı problem olarsa, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin “104” və 106” çağrı mərkəzlərinə zəng edə bilərlər”.

Xəyalə Məmmədova / Metbuat.az

Bu gün QAR YAĞACAQ - Hava haqqında məlumat – Oxumaq üçün tıklayın!