İranlıdan 3 kq tiryək alıb satarkən tutuldu

İranlıdan 3 kq tiryək alıb satarkən tutuldu
23:49 16 Yanvar 2018
76 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, 37 yaşlı  Ramin Kərim oğlu Quliyevin üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində keçirilən baxış zamanı zirzəmidən daha 2 kq narkotik tiryək aşkarlanaraq götürülüb.

 

O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni Afşin adlı İran vətəndaşının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini söyləyib. Ramin Quliyevin sözlərinə  görə, o, qabaqcadan razılaşdıqları kimi, dəniz sahilində gizlədilən narkotik vasitəni götürərək evinə gətirib. Daha sonra o satış məqsədilə müəyyən hissəsini götürüb və əməliyyatçılar tərəfindən şəhər ərazisində yaxalanıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR